Cəlilabadda bədbəxt hadisə: Daş hasar aşıb, 8 yaşlı uşaq həyatını itirib

  • By Günel
  • 21 Aprel 2025 22:23

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonunun Alar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2017-ci il təvəllüdlü N.M. həyətlərində olarkən aşan daş hasarın altında qalıb.

Müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info