Rusiyada güclü zəlzələ baş verib

Rusiyanın Altay Respublikasının Koş-Ağaç rayonunda 5.4 maqnitudalı zəlzələ baş verib.

Gununsesi.info -nun xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.

Qeyd olunur ki, zəlzələnin episentri Qızıl-Taş kəndindən 12 km cənub-şərqdə yerləşib.

Yeraltı təkanlar respublikanın 10 yaşayış məntəqəsində də hiss olunub.

İlkin məlumata görə, ölən və xəsarət alan yoxdur.