Halit Ergenç həbs edildi

“İD Consultancy” şirkətinin sahibi Ayşe Barım istintaqı çərçivəsində ifadə verən aktyorlar Halit Ergenç və Rıza Kocaoğlunun yalan şahidlik ittihamı ilə mühakimə olunduğu iş üzrə hökm çıxarılıb.

Gununsesi.info xəbər verir ki, məhkəmənin qərarı ilə Ergenç 1 il 10 ay 15 gün, Kocaoğlu isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmün elanı təxirə salınıb.

Qeyd edək ki, Fuat Uğurun “TV100″də yazdığı məqalədən sonra kino və serial sektorunda təlatüm yaşanıb. Uğurun yazısında idarəetmə şirkətinin “inhisarlaşma” səyləri ilə yanaşı, Serenay Sarıkaya ilə Mert Dəmir arasındakı münasibətlə bağlı “5 milyon dollar qarşılığında reklam əlaqəsi” ifadəsi də yer alıb. Rəqabət Şurası bəzi idarə şirkətləri, xüsusilə də Ayşe Barımın sahibi olduğu və sektorda bir çox məşhur adı təmsil edən “ID İletişim” şirkəti haqqında araşdırma başladıb. Şirkətin sahibi Ayşe Barım isə bu gün saxlanılıb.

 

 

Gununsesi.info