
ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Mask bir neçə səbəbə görə siyasi karyerasını tərk edib.
Gununsesi.info xəbər verir ki, “The Washington Post” (WP) belə yazır.
Mənbələrin bildirdiyinə görə, iş adamı nəticə əldə etməkdə çətinlik çəkdiyi üçün məyus olub. Bundan əlavə, o, ailə üzvlərinin və özünün təhlükəsizliyindən narahatdır. Eyni zamanda o özünə və “Tesla” şirkətinə də belə mənfi reaksiyaların yaranacağını gözləmirdi. Xatırladaq ki, Maska vəzifə verildikdən sonra dünyanın bir neçə yerində “Tesla” avtomobilləri yandırılıb.
Qətər İqtisadi Forumunda milyarder gələcəkdə nəticə görməsə, siyasi fəaliyyətlərə “çox az enerji” xərcləyəcəyini söyləmişdi.
Məqalədə qeyd olunduğu kimi, milyarder diqqətini özünün iki şirkətinə “Tesla” və “SpaceX”-in fəaliyyətinə yönəltmək niyyətindədir.