“The Economist” yazıb: “Ərdoğan Avropanın potensial xilaskarıdır”

  • By Admin2
  • 25 Aprel 2025 16:18

Britaniyanın “The Economist” jurnalı prezident Ərdoğanı “Avropanın potensial xilaskarı” adlandırıb. Hesabatda bu ifadələr yer alıb: “Qorxmayın, avropalılar. Rəcəb Tayyib Ərdoğan arxanızdadır”.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Londonda nəşr olunan The Economist jurnalı prezident Rəcəb Tayyib Ərdoğanı “Avropanın potensial xilaskarı ” kimi xarakterizə edib.

Jurnalın hesabatında bu ifadələr yer alıb: “Amerika geri çəkilir. Rusiyadan gələn təhlükə artır. Ukrayna müdafiədədir. Yeni xərclər vədlərinə baxmayaraq, silah istehsalı rahatlıq üçün çox aşağı olaraq qalır. Qorxmayın, avropalılar. Rəcəb Tayyib Ərdoğan sizin arxanızdadır”.

“Bir daha aydın oldu ki, Avropanın təhlükəsizliyini Türkiyəsiz təsəvvür etmək mümkün deyil”, – deyən Economist, Avropanın təhlükəsizlik sahəsində əməkdaşlıq, silahlanma və Ukrayna məsələlərində Türkiyənin hər zamankindən daha çox köməyinə ehtiyacı olduğunu bildirib.

Xəbərdə Türkiyənin müdafiə baxımından pulundan daha çox qazandığı bildirilib və ölkənin silah sənayesi sürətlə inkişaf etdiyi də qeyd olunub.

Orxan

Gununsesi.info

 

 

 

 

Orxan

Gununsesi.info