
İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra e-ticarət saytlarında çadır satışlarında artım müşahidə olunub.
Gununsesi.info xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.
Şəhərdə bir çox insan gecələmək üçün parklara və açıq ərazilərə üz tutub. Zəlzələdən sonra təhlükəsiz bölgədə qalmaq istəyən vətəndaşların artan tələbatı fonunda çadırların qiyməti bahalaşıb. Bəzi satıcılar çadırların qiymətlərini 8500 lirəyə (377 AZN) qədər qaldırıb.
Belə ki, zəlzələdən bir qədər əvvəl 25 min 415 lirəyə (1100 AZN) satışa çıxarılan 10 nəfərlik ailə çadırının qiyməti zəlzələdən sonra 33 min 915 lirəyə (1450 AZN) qalxıb.
İstehlakçı Konfederasiyasının (TÜKONFED) sədri Aydın Ağaoğlu qiymətləri süni şəkildə artıranların cəzalandırılacağını deyib:
“Vətəndaşlara verdikləri artım haqsız qiymət artımıdır. Onlayn olaraq Haqsız Qiymət Artırımı Qiymətləndirmə Şurasına da müraciət edə bilərsiniz. Türkiyə Cinayət Məcəlləsində süni qiymət artımı cinayətinə görə 1 ildən 3 ilə qədər həbs cəzası və yaxud pul cəzası tətbiq olunur”.