Əvəz Zeynallı ilə bağlı qərar verildi

  • By Admin2
  • 25 Aprel 2025 16:34

Nizami Rayon Məhkəməsi “Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyə görə cəza çəkməkdən azad edilməsi barədə qərar verib.

Gununsesi.info xəbər verir ki, bu barədə vəkil Rəşad Əliyev məlumat yayıb.

Məhkəmə onu cəzadan azad edib.

Qeyd edək ki, dünən Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə edilən müraciətə baxılıb.

Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə məhkəmə Əvəz Zeynallının xəstəliyinin təsdiqi üçün işin tibbi şəhadətləndirilməyə göndərilməsi barədə qərar verib. Qərara əsasən, Ə. Zeynallı xəstəliyi ilə bağlı tibbi komissiyadan keçiriləcək. Qeyd olunub ki, tibbi şahadətləndirilmənin aparılması Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə tapşırılacaq. Müayinə ixtisaslaşdırılmış ekspertlər tərəfindən aparılacaq. Şahadətləndirilmə 1 ay ərzində həyata keçiriləcək.

Proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, bir qədər əvvəl Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulması barədə məlumat yayılıb. Bununla bağlı onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciət olunub.

Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham olunan Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsin hökmünə əsasən, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Ali Məhkəmə Əvəz Zeynallının şikayətini qismən təmin edərək cəzanı 2 ay azaldıb.

Gununsesi.info