
Avropa Birliyinin sərhəd mühafizə agentliyi olan Frontex Yunanıstana miqrantlarla münasibəti ilə bağlı xəbərdarlıq edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) sərhəd mühafizəsi agentliyi Frontex- in fundamental hüquqlar üzrə rəhbəri Jonas Grimheden , Yunanıstanın miqrantlara münasibətinə görə Afinaya qarşı “pozulma proseduru” başlatmağı Aİ Komissiyasından tələb edə biləcəyinə işarə edib.
Frontex-in fundamental hüquqlar üzrə məsul işçisi Grimheden Politico xəbər saytına bildirib ki, Yunanıstanın miqrantlarla bağlı mövqeyi Frontex-i ya öz missiyasını dayandırmaq, ya da Aİ Komissiyasından Yunanıstana qarşı “pozulma işləri” açmağı tələb etmək seçimi ilə tərk edir.
Qrimheden bildirib ki, Frontex öz missiyasını dayandırıb Yunanıstanı tərk etsə, səlahiyyətlilər qeyri-qanuni miqrantların Yunanıstana necə çatdığını öyrənə bilməyəcək.
Frontex-in monitorinq və şəffaflığı təmin etdiyini qeyd edən Qrimheden, “Bir növ cəza olmalıdır. Komissiyanın özü bir üzv dövlətə qarşı “pozulma proseduru” başlatmağa səlahiyyətlidir. Frontex problemi təkbaşına həll edə bilməz” deyib.
Orxan