
Baş Prokurorluq tərəfindən ekoloji hüquqpozmalara qarşı mübarizə davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Zaqatala, Şəki və Oğuz rayonlarında ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik qaydalarının pozulması faktları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Qeyd olunan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228 (icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə), 233.1 (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması) və 234.0.1-ci (müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılması) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün Şəki, Zaqatala və Nərimanov rayon məhkəmələrinə göndərilib.