Pakistanda bombalı hücum: - 4 ölü

  • By Admin2
  • 25 Aprel 2025 14:31

Pakistanın Bəlucistan əyalətində bombalı hücum nəticəsində 4 təhlükəsizlik əməkdaşı ölüb, 3-ü yaralanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Pakistanın Bəlucistan əyalətində təhlükəsizlik işçilərini daşıyan avtomobilin yaxınlığında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.

Polis rəsmisi Naveed Ahmad bildirib ki, Bəlucistanın cənub-qərbindəki Bəlucistanın Kvetta şəhərində yol kənarındakı partlayıcı qurğu partlayıb.

Əhməd partlayış nəticəsində avtomobildə olan 4 mühafizəçinin həlak olduğunu, 3 yaralının isə müalicə üçün yaxınlıqdakı xəstəxanalara göndərildiyini bildirib.

Hücuma görə məsuliyyəti hələ heç bir qruplaşmanın üzərinə götürmədiyini qeyd edən Əhməd, hücumun Bəlucistan Azadlıq Ordusu tərəfindən həyata keçirildiyi ehtimalını nəzərdən keçirdiklərini bildirib.

Pakistanın daxili işlər naziri Möhsün Naqvi bombalı hücumu pisləyib və həlak olan təhlükəsizlik qüvvələrinin ailələrinə başsağlığı verib.

Orxan

Gununsesi.info