
Fransada şagird cümə axşamı dörd şagird yoldaşını bıçaqlayıb.
Gununsesi.info “Associated Press”ə istinadən xəbər verir ki, nəticədə bir nəfəri ölüb, üç nəfəri yaralanıb.
Hücumun hansı şəraitdə baş verdiyi hələlik bəlli deyil. Hadisə Fransanın Atlantik okeanı sahilində yerləşən Dulon şəhərinin Notre-Dame-de-Toutes-Aides özəl orta məktəbində baş verib.
Qeyd olunur ki, şagird müəllimlər tərəfindən tərksilah edilməzdən əvvəl dörd sinif yoldaşını bıçaqlayıb. Şagird həbs olunub.