Balakəndə və Qaxda yanğın oldu

  • By Günel
  • 25 Aprel 2025 09:14

Balakən rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən xəbərə görə, Balakən rayonunun Katex kəndində ümumi sahəsi 48 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Qax rayonunun Tanqıt kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə, mətbəxinin lambirdən ibarət tavanı 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info