Stomatoloqlar da monitorinqdən keçiriləcək

Gələcəkdə stomatologiya sahəsində də monitorinqlərin aparılması nəzərdə tutulur.

 Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, bu, kifayət qədər vacib xidmət sahəsidir: “Ona görə də bu sahədə peşəkar mütəxəssislərin olması mütləqdir”.

Komitə sədri həmçinin əlavə edib ki, mərhələli şəkildə digər tibb sahələri üzrə monitorinqlərin aparılması planlaşdırılır.

 

 

 Gununsesi.info