
Aprelin 24-də Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, qəza Atatürk prospektində qeydə alınıb. Hərəkətdə olan motosikletlə minik avtomobili toqquşub. Nəticədə motosikletin sürücüsü – 2004-cü il təvəllüdlü H.Qasımov xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi ilkin məlumata görə, onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.