Zəlzələni proqnozlaşdıran astroloq saxlanılıb

  • By Admin2
  • 25 Aprel 2025 13:21

Aprelin 21-də Myanmada güclü zəlzələ olacağını proqnozlaşdıran TikTok fenomeni astroloqu aprelin 22-də saxlanılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Asiya ölkəsi Myanmada viral TikTok videosunda yeni zəlzələ olacağını proqnozlaşdıran astroloq saxlanılıb.

BBC news xəbər verir ki, astroloq Con Moe The sözügedən proqnozunu aprelin 9-da paylaşıb.İki həftə əvvəl ölkədə 7,7 bal gücündə zəlzələ baş vermiş, 3500 nəfər həlak olmuşdu. Myanma İnformasiya Nazirliyinin bu gün yaydığı bəyanata görə, astroloq aprelin 22-də çərşənbə axşamı “ictimaiyyət arasında çaxnaşma yaratmaq məqsədi ilə yalan ifadələr vermək” ittihamı ilə saxlanılıb.

Orxan

Gununsesi.info