Tramp Putinə sülh sazişi imzalamağa çağırdı

  • By Günel
  • 25 Aprel 2025 08:29

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Kiyevə hücumlarını pisləyərək, Ukrayna ilə sülh sazişi imzalamağa çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

“Mən Kiyevə Rusiya zərbələrindən narazıyam. Bu hücumlara ehtiyac yoxdur və seçilmiş vaxt çox uyğunsuzdur. Vladimir,dayan! Həftədə 5000 əsgər ölür. Gəlin sülh sazişi bağlayaq!” – o qeyd edib.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri bir müddət əvvəl Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib.