Türkiyədə ağır yol qəzası olub: 11 nəfər yaralanıb

  • By Günel
  • 24 Aprel 2025 20:14

Türkiyənin Osmaniye şəhərində şagirdləri daşıyan avtobusla minik maşını toqquşub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində doqquzu şagird olmaqla 11 nəfər yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Gununsesi.info