
Xəbər verildiyi kimi, Cammu və Kəşmirdə 26 nəfərin ölümü ilə nəticələnən hücumdan sonra Hindistan və Pakistan qüvvələri arasında kiçik miqyaslı toqquşma baş verib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Aprelin 22-də Hindistanın Cammu və Kəşmir əyalətinin Pahalqam rayonunda silahlı şəxslərin turistlərə atəş açması nəticəsində 26 nəfərin ölümündən sonra Hindistan və Pakistan arasında gərginlik artıb.
Hindistan rəsmilərinin hücumun səbəbkarlarını “ Pakistandan gəlmək”də ittiham etməsindən sonra Pakistan və Hindistan qüvvələrinin mübahisəli Kəşmir bölgəsində atəş açdığı bildirilir. Birləşmiş Millətlər Təşkilatı (BMT) isə bölgədəki iki nüvə dövləti Hindistan və Pakistanı “maksimum təmkinli olmağa” çağırıb.
Orxan