
Tailandın baş naziri Paetongtarn Shinawatra yüksək hərarət və halsızlıq şikayətləri ilə xəstəxanaya yerləşdirilib. Şinavatra paytaxt Banqkokdakı xəstəxanalardan birinə yerləşdirilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Tailand hökumətinin sözçüsü Jirayu Houngsub, Baş nazir Paetongtarn Shinawatra’nın Kambocaya son rəsmi səfərindən sonra xəstələndiyini və cümə axşamı gecə paytaxt Banqkokdakı xəstəxanaya yerləşdirildiyini açıqladı.
Sözçü Houngsub, Baş nazir Şinavatranın yüksək hərarət və halsızlıq şikayətləri olduğunu və bir müddət həkim nəzarətində qalacağını bildirib. Houngsub, Shinawatra-nın bugünkü proqramlarının ləğv edildiyini bildirdi.
Şinavatranın həyat yoldaşı Pitaka Suksavatın sosial media hesabında paylaşdığı fotoda Şinavatra istirahət edərkən görüntülənib. Pitaka Suksawat, “Mənə xəbərdarlıq edən heç kimə qulaq asmadım. Nəhayət, bədənim bununla öhdəsindən gələ bilməyəcəyimi söylədi” sözlərini paylaşıb.
Keçən il keçirilən ümumi seçkilərdən sonra vəzifəyə başlayan 38 yaşlı Paetongtarn Shinawatra ölkənin ən gənc baş naziri və keçmiş baş nazir Thaksin Shinawatranın qızıdır.
Şinavatra ilk rəsmi səfərini aprelin 23-24-də Kambocaya edib.
Orxan