Yaponlar səmada elektrik kəşf etdilər

  • By Günel
  • 25 Aprel 2025 10:56

Texnologiya sahəsində qabaqcıl işi ilə tanınan Yaponiyadan  bir ilk daha gəldi. İldırımdan elektrik istehsal edən bu yapon ixtirasının hava şəraitinə nəzarət texnologiyalarında yeni səhifə açacağı gözlənilir.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, yapon tədqiqatçıları xüsusi hazırlanmış pilotsuz uçuş aparatlarından istifadə edərək ildırımın idarə edilməsinə və enerjinin təhlükəsiz şəkildə yönləndirilməsinə nail olublar. Bu ixtira havaya nəzarət texnologiyalarında dünyada bir ilk hesab olunur.

Nippon Teleqraf və Telefon Korporasiyası (NTT) tərəfindən həyata keçirilən layihə, Yaponiyada hər il təxminən 1 milyard funt sterlinq dəyərində ziyana səbəb olan ildırım vurmasının yaratdığı təhlükəni azaltmaq məqsədi daşıyır.

2024-cü ilin dekabrı ilə 2025-ci ilin yanvar ayları arasında keçirilən sınaqlarda təxminən 300 metr yüksəklikdəki fırtına buludlarının içinə pilotsuz təyyarələr göndərildi və elektrik sahəsi müəyyən səviyyəyə çatdıqda yerə bərkidilmiş xüsusi keçid mexanizmi ilə idarə olunan şəkildə ildırım çaxıldı.

Dronu ildırımdan qorumaq üçün xüsusi metal qəfəs hazırlanıb. İnkişaf etmiş sistem; Elektrik sahəsindəki dalğalanmalardan istifadə edərək ildırımları təhlükəsiz ərazilərə yönəltmək qabiliyyətinə malikdir. Uzunmüddətli perspektivdə, dron şəbəkələri quraraq, şəhərləri və kritik infrastrukturları, xüsusilə ənənəvi ildırım çubuqlarının təsirsiz olduğu külək turbinləri və açıq hava stadionları kimi əraziləri ildırım təhlükəsindən qorumağı hədəfləyir.

NTT rəsmiləri Fujitsu ilə birlikdə həyata keçirdikləri bu layihənin insanların təhlükəsizliyini artıracağını, infrastrukturu qoruyacağını və ekstremal hava hadisələrinin yaratdığı problemləri əhəmiyyətli dərəcədə azaldacağını bildirib.

Günel Həsənova

Gununsesi.info