
İraqın baş nazirinin ofisi kəşfiyyat rəhbəri Əl-Şatrinin başçılıq etdiyi hökumət heyətinin bir sıra ikitərəfli və regional məsələləri müzakirə etmək üçün Dəməşqə səfər etdiyini açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İraq Baş nazirliyi rəsmi hökumət heyətinin bu gün Suriyanın paytaxtı Dəməşqə getdiyini açıqlayıb. Ofisin Facebook hesabından edilən açıqlamada, nümayəndə heyətinə İraq Milli Kəşfiyyat Xidmətinin direktoru Həmid əl-Şatrinin başçılıq etdiyi və nümayəndə heyətinin Suriya prezidenti Əhməd Şara və digər Suriya hökumət rəsmiləri ilə görüşəcəyi bildirilib.
Baş nazir Məhəmməd Şia əl-Sudaninin tapşırığı ilə Suriyaya getdiyi vurğulanan bəyanatda nümayəndə heyətinin tərkibinə Daxili İşlər Nazirliyinin Sərhəd Qoşunları Komandanlığı, Neft və Ticarət nazirlikləri, Sərhəd Keçid İdarəsinin rəsmiləri də daxildir.
İraqın bəyanatına görə, Suriya və İraq rəsmilərinin terrorla mübarizədə əməkdaşlıq və ümumi sərhədin mümkün pozuntu,təhdidlərdən qorunması üçün birgə tənzimləmələrin gücləndirilməsi ilə bağlı məsələləri müzakirə edəcəyi gözlənilir. Bəyanatda deyilir ki, danışıqlarda ticarət əlaqələrinin hər iki ölkənin “qardaş xalqlarının” xeyrinə olacaq şəkildə inkişaf etdirilməsi və Suriya ərazisindən keçən və Aralıq dənizindəki limanlara çatan İraq neft kəmərinin bərpası imkanları müzakirə olunacaq.
İraq Baş Nazirliyinin bəyanatında həmçinin bu ifadələr yer alıb: “Dəməşqdə keçirilən görüşlər İraqın Suriyanın birliyi və suverenliyinə dəstəyini bir daha təsdiqləyir və Suriyanın sabitliyinin İraqın milli təhlükəsizliyi və daha geniş regionun təhlükəsizliyi üçün fundamental əhəmiyyət kəsb etdiyini vurğulayır”.
Orxan