Bu kredit təşkilatı bağlandı - RƏSMİ

Azərbaycan Mərkəzi Bankı (AMB) “Premier Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyasını ləğv edib.

Gununsesi.info AMB-yə istinadən xəbər verir ki, lisenziya könüllü müraciət əsasında ləğv olunub.

BOKT bu qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.

 

 

Gununsesi.info