
İsrail polisinin qadağalarına baxmayaraq, Təl-Əvivdəki reklam lövhələri Qəzzada İsrailin bombardmanları nəticəsində həlak olan fələstinli uşaqların fotoşəkilləri ilə dolu idi.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailli və ərəb fəallarının qurduğu “Birlikdə Dayanaq” qeyri-hökumət təşkilatı bütün maneələrə sinə gərərək, Təl-Əvivdə fələstinli uşaqların fotolarını reklam lövhələrinə yerləşdirmək üçün kampaniyaya başlayıb.
Bağışlarla reklam lövhələri icarəyə götürən təşkilatın kampaniyası İsraildə böyük marağa səbəb olub.
İsrailli və Fələstinli fəallardan ibarət QHT-nin direktorları Alon-Li Green və Roula Daoud onların kampaniyasını və İsrailin Qəzzadakı hadisələri gizlətmək səylərini qiymətləndiriblər.
İsrailli fəal Qrin İsrailin işğalına, müharibəsinə və ölümlərinə son qoymaq, bərabərlik və sülhə nail olmaq üçün çalışdıqlarını bildirib.
Qrin, İsraildə demokratik azadlıqların uzun müddətdir gerilədiyini və bunun Qəzzaya hücumlar başlayandan bəri sürətləndiyini, İsrail polisinin 18 aydır nümayişlərə icazə vermədiyini bildirib.
Orxan