Həccə sənəd qəbulunun müddəti uzaıdıldı

Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti yenidən uzadılıb.

 Gununsesi.info-nun məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib ki, qeydiyyat mayın 10-da başa çatacaq.

Vüsal Cahangirinin sözlərinə görə, 1200-1300 nəfərlik kvotanın 96 faizindən çoxu dolub.

Qeyd edək ki, ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Bu il Həcc ziyarətinin 5 950 ABŞ dollarına başa gələcəyi açıqlanıb.

 Gununsesi.info