
Rusiyanın hücumundan bir neçə saat sonra Britaniya mətbuatına açıqlama verən Kiyev meri Kliçko, mümkün sülh razılaşması üçün ərazilərinin bir hissəsini müvəqqəti olaraq verməli ola biləcəklərini söylədi.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın paytaxtı Kiyev şəhərinin meri Vitali Kliçko Rusiya -Ukrayna müharibəsində əldə edilə biləcək mümkün sülh razılaşması ilə bağlı qiymətləndirmələr edib.
Böyük Britaniyada yerləşən BBC-yə danışan Kliçko bildirib ki, Ukrayna Rusiya ilə mümkün sülh sazişinin bir hissəsi kimi ərazilərindən imtina etmək məcburiyyətində qala bilər.
Kliçko, “Ssenarilərdən biri torpaqlardan imtina etməkdir. Bu ədalətli deyil. Amma sülh üçün, müvəqqəti sülh üçün, bəlkə bu, müvəqqəti olaraq həll yolu ola bilər…” deyib.
53 yaşlı keçmiş çempion boksçu və siyasətçi Ukrayna xalqı tərəfindən heç vaxt qəbul edilmədiyini vurğuladı.
Orxan