Yaşlı kişi ot tayasından yıxıldı, xəstəxanalıq oldu

  • By Günel
  • 24 Aprel 2025 20:43

Göygöldə yaşlı kişi ot tayasından yıxılaraq xəstəxanalıq olub.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Üç Təpə kəndində qeydə alınıb.

1957-ci il təvəllüdlü Novruz Quliyev həyətindəki ot tayasından yıxılaraq, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 68 yaşlı kişi yaxınları tərəfindən Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Gununsesi.info