
Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Qaribaşvili siyasətdən getdiyini elan edib.
Gununsesi.info Gürcüstan mətbuatına istinadən xəbər verir ki, o, bu barədə partiyanın ofisində keçirdiyi brifinqdə bildirib.
İ.Qaribaşvili 2024-cü il fevralın 1-də hakim partiyanın sədri seçilmişdi.
O, iki dəfə Gürcüstanın Baş naziri olub.