Azər Musaoğlunun şeirlər kitabı çap olunub - FOTO

  • By Günel
  • 19 Aprel 2025 21:53

“Yeni Yol” qəzetinin redaktoru Azər Musaoğlunun “Mezozoy erasında yadplanetli” adlı şeirlər kitabı çap olunub.

Gununsesi.info xəbər verir ki, Tbilisidə yerləşən “Mtsignobari” nəşriyyatında işıq üzü görən kitabda Azər Musaoğlunun müxtəlif illərdə qələmə aldığı şeirlər yer alıb.

Kitabın ön sözünün müəllifi və redaktoru Gürcüstan Yazıçılar Birliyi Azərbaycan bölməsinin sədri Allahverdi Təkləli, korrektoru Aynurə Əliyeva, dizayneri isə Elsevər Əhmədovdur.

Kitab Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının maliyyə dəstəyi ilə nəşr olunub.

“Mezozoy erasında yadplanetli” şairin ilk şeirlər kitabıdır.

Qeyd edək ki, Azər Musaoğlu 1986-cı ildə Gürcüstanın Qardabani (keçmiş Qarayazı) şəhərində doğulub.

2018-ci ildən Gürcüstanda Azərbaycan dilində çıxan “Yeni Yol” qəzetinin redaktorudur.

Şeirləri gürcü və özbək dillərinə tərcümə edilib.

Gununsesi.info