
Amerika mətbuatı ABŞ-ın müdafiə naziri Pit Heqsetin Siqnal kommunikasiya proqramından istifadə etmək üçün Müdafiə Nazirliyi üçün yaradılmış xüsusi internet bağlantısı olduğunu yazıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “Associated Press” agentliyi iki amerikalı məmura istinadən Pentaqonda baş verənlərlə bağlı yeni iddialar əlavə edib.
İddialara görə, müdafiə naziri Pete Hegseth Pentaqonun simsiz şəbəkəsi əvəzinə kompüterinin internetə qoşulmasını istəyib .
Şəbəkənin Pentaqonun təhlükəsizlik filtrlərindən yan keçdiyi və Hegsethin Siqnal mesajlaşma proqramından istifadə etmək üçün təhlükəsiz internet şəbəkəsinə qoşulduğu iddia edilir.
Səlahiyyətlilər vurğuladılar ki, internet şəbəkəsi hakerlik və izləmə üçün həssas ola bilər.
Orxan