
Almaniya İqtisadiyyat Nazirliyinin sözçüsü hazırkı müvəqqəti hökumətin Eurofighter təyyarələrinin satışının təsdiqi ilə bağlı qərar vermədiyini və bu qərarı yeni hökumətin verəcəyini bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Almaniyada mövcud Sosial Demokrat Partiyası (SPD) və Yaşıllar koalisiya hökumətinin Türkiyəyə Eurofighter döyüş təyyarələrinin satışını əngəllədiyi xəbərindən sonra Almaniya İqtisadiyyat və İqlim Mühafizə Nazirliyi mövzu ilə bağlı açıqlama verib.
Nazirliyin sözçüsü Tim-Niklas Wentzel, Anadolu Agentliyi müxbirinin sualına verdiyi yazılı cavabda, Baş nazir Olaf Scholz-un rəhbərlik etdiyi mövcud müvəqqəti hökumətin Eurofighter təyyarələrinin satışını təsdiqləyəcək bir qərar vermədiyini və vacib qərarların gələn ay vəzifəyə başlayacaq yeni hökumət tərəfindən veriləcəyini bildirib.
“Növbəti hökumətin hərtərəfli silah və texnika ixracı ilə bağlı verəcəyi qərar (indiki) müvəqqəti hökumət tərəfindən əvvəlcədən verilməyəcək”, – Ventzel bildirib.
Orxan