
Bu, bizim ikinci təmasımızdır. İlk dəfə dekabr ayında Maltada görüşmüşdük. Bu gün, 9 illik fasilədən sonra Avropa İttifaqının ali nümayəndəsinin Azərbaycana səfərini yüksək qiymətləndiririk. Bu səfər, münasibətlərimizin mövcud vəziyyəti və perspektivləri baxımından böyük bir imkandır.
Gununsesi.info xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov vropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla keçirdikləri birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, Azərbaycan və Aİ arasında münasibətləri tənzimləyən sənədlərin hüquqi əsası 90-cı illərdə qoyulub.
“2017-ci ildən yeni hərtərəfli saziş üzrə danışıqlara başlanılıb. Sazişi əhatə edən məsələlər üzrə 90% razılıq əldə edilib. Bir sıra mövzular isə açıq qalıb. Qarşılıqlı razılaşma ondan ibarət oldu ki, saziş üzrə açıq qalan mövzuların tamamlanması üzrə hər iki tərəf əməli addımlar atacaq”, – nazir deyib.