
Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə 12 nəfərin ölümü ilə nəticələnən hücumda Rusiyanın Şimali Koreya istehsalı olan ballistik raketdən istifadə etdiyini bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Zelenski Telegram hesabından verdiyi açıqlamada Rusiya ordusunun bu gün paytaxt Kiyevə və müxtəlif bölgələrə raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumu dəyərləndirib.
Kiyevdə axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edən Zelenski, 12 nəfərin öldüyü hücumda yaralananların sayının 100-ü keçdiyini bildirdi.
Hücumda ballistik raketlərdən də istifadə edildiyini deyən Zelenski, “İlkin tapıntılara görə, ruslar Şimali Koreya istehsalı olan ballistik raketdən istifadə ediblər. Bu raketin Şimali Koreyada istehsal edildiyi təsdiqlənsə, Rusiya-Pxenyan alyansının cinayətkar olduğuna bir daha sübut olacaq”, – deyib.
Orxan