
Hindistan bəndlər və kanallar üzərində su axını tənzimləyən dörd şlüz qapısının hamısını bağlayaraq Hind çayından Pakistana su axınının qarşısını alıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “ANI News” xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, bu, 1960-cı ildə ölkələr arasında siyasi gərginlikdən asılı olmayaraq su ehtiyatlarının bölüşdürülməsini nəzərdə tutan Hind-Pakistan Su Müqaviləsi imzalanandan bəri ilk hadisədir.
Xatırladaq ki, aprelin 24-də Pakistan Hindistanın Hind çayından su axınını dəyişdirmək cəhdini müharibə aktı kimi qiymətləndirəcəyini bildirib.