
Bir müddət əvvəl Rəhim Məmmədov adlı Bakı sakininin dələduzluqla üzləşməsinə dair şikayətini dərc etmişdik.
Həmin şikayət məktubunda Rəhim Məmmədov bildirirdi ki, Azərbaycandan Rusiya və bir sıra ölkələrə kənd təsərrüfatı məhsullarının idxalı və ixracı ilə məşğul olub.
Bu proses zamanı sonradan “Novoqro” MMC-nin sahibi Elnur Hüseynov tərəfindən dələduzluqla üzləşib.
“Bu iş birliyi çərçivəsində İrandan Özbəkistana portağal, mondarin və badımcan aparıblar.
Bu malları Elnur Hüseynov özü alıb aparıb. Məni bu işə Elnur özü qoşub. Biz 63 min dollarlıq məhsul Rusiyaya apardıq. Lakin məhsullarımız xarab oldu deyə, onu sata bilmədik. Burada ciddi ziyanımız oldu.
Bu prosesdən sonra iki şəxs olaraq, birgə aramızda hesabat apardıq və sağollaşdıq.
Sonradan mən Türkmənistandan onun şirkətininin adına pomidar yolladım. Düşündüm ki, o da pul qazansın. Çünki əvvəlki işdə zərər olmuşdu.
Lakin bu adam mənim etibarımdan sui-istifadə edərək, Pərviz Dadaşova məxsus olan bu malları oğurlayaraq satdı. İndi mən qalmışam Pərviz Dadaşovun qarşısında aciz durumda. Satılası bir şeyim də yoxdur ki, Pərviz Dadaşovun pulunu ödəyim. Mən insanlıq göstərib, onun vəziyyətdən çıxmasına yardımçı oldum.
Halbuki mal gətirmək üçün ölkədə yüzlərlə şirkət var. Həmin məhsulları onların adına vurardım, bu da başıma gəlməzdi.
İndi bu şəxs dələduluzluğuna haqq qazandırmaq üçün müxtəlif bəhanələr gətirir.
Deyir ki, əvvəlki ziyanlara görə mən bu pulu vermirəm. Söhbət 27 min ABŞ dollarından gedir”.
Rəhim Məmmədov bu dəfə Baş prokuror Kamran Əliyevə müraciət edib.
İş adamı müraciətinin bir surətini də Gununsesi.info-ya təqdim edib. Onu olduğu kimi təqdim edirik:
Hörmətli cənab baş prokuror!
Məlumat üçün bildirirəm ki, mən bəzi xarici ölkələrdən Azərbaycan Respublikasına və əksinə kənd təsərrüfatı məhsullarının idxalı və ixracı ilə məşğul oluram. 28.02.2025-ci ildə Türkmənistan Respublikasından Azərbaycana Respublikasına “Nov Aqro” MMC-nin adına tanışım Pərviz Dadaşovun verdiyi pul hesabına pomidor göndərdim. Həmin pomidor “Nov Aqro” MMC-nin direktoru Elnur Hüseynovla razılığımıza əsasən Pərviz Dadaşova verilməli idi.
Lakin “Nov Aqro” MMC-nin direktoru Elnur Hüseynov mənim etibarımdan sui-istifadə edərək, məni aldadaraq mənim göndərdiyim pomidoru satmış və pulunu mənimsəmişdir. Həmin məhsulun tam maya dəyəri 27000 ABŞ dolları (iyirmi yeddi min) təşkil edir.
Mən dəfələrlə Elnur Hüseynovdan pomidorun pulunu tələıb etsəm də, həmin şəxs satdığı pomidorun pulunu qaytarmaqdan imtina edir. Bu isə məni çox çıxılmaz vəziyyətə salıb. Mən Pərviz Dadaşovun pulunu qaytara bilmirəm.
Hörmətli Kamran müəllim!
Bir daha sizə müraciət edərək, dələduzluqla məşğul olan Elnur Hüseynovun qanunauyğun məsuliyyətə cəlb olunması və mənə dəyən zərərin- 27000 ABŞ dolları pul vəsaitinin mənə ödənilməsi barədə tədbir görülməsi üçün müvafiq göstəriş verilməsini sizdən xahiş edirəm.
Elnur Dadaşovun telefon nömrəsi: (077)-359-72-22
Hörmətlə Məmmədov Rəhim Məhəmməd oğlu
Gununsesi.info