
ABŞ-ın vitse-prezidenti Kamala Harris sentyabrın 4-də Fox News kanalı tərəfindən təşkil edilməli olan seçki debatını keçirməkdən imtina edib.
Gununsesi.info xəbər verir ki, bunu sözləri Respublikaçılar Partiyasından ABŞ liderliyinə namizəd Donald Tramp Truth sosial şəbəkəsindəki səhifəsində yazıb.
Tramp onun qərarından təəccüblənmədiyini qeyd edib.
Bu tarixdə planlaşdırılan debat əvəzinə o, Fox News platformasında seçicilərin suallarını cavablandıracağı konfrans keçirəcək.
Tramp daha əvvəl demişdi ki, sentyabrın 4-nə planlaşdırılan debat Böyük Pensilvaniya Birliyində, hələ müəyyən edilməmiş bir ərazidə keçiriləcək.
Harrisin kampaniyası əsas rəqibinin qərarı ilə razılaşmadığını bildirib.
Onun komandası Respublikaçı namizədi əvvəlki razılaşmalara əməl etməyə çağırıb.
İndiyə qədər Harris yalnız sentyabrın 10-da keçiriləcək debatda iştirak etməyə razılıq verib.
Bununla belə, o, sentyabrın 10-dan sonra əlavə debatların keçirilməsi ideyasını müzakirə etməyə hazır olduğunu bildirib.