
Dünya üzrə qızılın qiyməti tarixi maksimuma çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “İnterfaks” “Trading Economics”ə istinadən məlumat yayıb.
“Comex” birjasında qızılın sentyabr fyuçersləri 1 unsiya üçün 2 493 ABŞ dollarına satılır.
Qeyd olunub ki, qızılın qiyməti etibarlı aktivlərə güclü tələbat səbəbindən rekord həddə çatıb.
Gununsesi.info