
“Bakalavr səviyyəsi üzrə II -III qrup imtahanlarının suallarının çətin olduğunu deyənlər məsələyə düzgün yanaşmır”.
Gununsesi.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə deyib.
İndi çətinlik haqda danışanlar məsələyə düzgün yanaşmır. Hələ nəticələr açıqlanmayıb. I-IV ixtisas qrupları üzrə imtahan II-III qrup imtahanları ilə eyni səviyyədə olacaq”, – APA onun sözlərindən sitat gətirib.
Qeyd edək ki, mayın 25-də II və III ixtisas qruplarına qəbulun I cəhdi üzrə imtahanlar keçirilib. Müəllimlər, abituriyentlər, eləcə də ictimaiyyət nümayəndələri sualların çətin olduğunu, hətta tarix fənnindən MİQ səviyyəsində suallar salındığını vurğulayıblar.