
Ağdərə rayonunun Qırmızı kənd ərazisində minaya düşən 1978-ci il təvəllüdlü Hüseynov Telman Əhməd oğlu Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Gununsesi.info xəbər verir ki, təcili əməliyyata götürülən yaralının bir ayağı amputasiya olunub.
***
Ağdərə rayonunun Qırmızı kənd ərazisində mülki şəxsin minaya düşməsi faktı qeydə alınıb.
Gununsesi.info -nun verdiyi məlumata görə, hadisə zamanı Tərtər rayonunun Yuxarı Qaradağlı kənd sakini, Hüseynov Telman Əhməd oğlu ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb.
Hazırda hadisə yerindən yaralının təxliyəsi və ilkin tibbi yardım göstərilməsi istiqamətində tədbirlər görülür.