Vaqa azadlığa buraxılıb

Narkotik maddə saxlama ittihamı ilə həbs olunan tiktoker Vüqar Zeynalzadə (“Vaqa”) azadlığa buraxılıb.

Gununsesi.infonun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi iş üzrə yeni hallar nəzərə alınaraq onun barəsindəki həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib. Vaqa məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, o, satış məqsədi olmadan külli miqdarda narkotik vasitə saxlama və ya daşıma ittihamı ilə (CM-nin 234.1-1-ci maddəsi) cinayət məsuliyyətinə cəlb olunmuşdu. Bu maddə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

 

 

Gununsesi.info