
HƏMAS-ın yüksək rütbəli nümayəndəsi Naim, İsrailin ABŞ-ın atəşkəs təklifinə verdiyi cavabın ətraflı şəkildə qiymətləndirildiyini bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail və HƏMAS arasında Qəzza zolağında atəşkəs və girov mübadiləsi razılaşmasına nail olmaq üçün səylər davam edərkən, HƏMAS məsələ ilə bağlı yeni açıqlama verib.
HƏMAS-ın yüksək səviyyəli nümayəndəsi Besim Naim bu gün Reuters agentliyinə bildirib ki, İsrail ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə elçisi Stiv Vitkoffun təklifinə cavabını alıb.
“İsrailin atəşkəs təklifinə cavabı xalqımızın heç bir qanuni və ədalətli tələbinə cavab vermir”, – deyə Naim bildirib.
“Buna baxmayaraq, HƏMAS rəhbərliyi yeni təklifi təfərrüatı ilə qiymətləndirir”, – deyən Həmas rəsmisi, “İsrailin cavabının mahiyyətcə işğalı möhkəmləndirmək məqsədi daşıdığını” qeyd edib.
Orxan