
Tramp administrasiyası Harvard Universiteti ilə bağlı olan bütün viza ərizəçilərinin əlavə yoxlanılmasına göstəriş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata əsasən, Prezident Donald Tramp ABŞ Dövlət Departamenti xaricdəki bütün konsulluq nümayəndəliklərinə Harvard Universitetinə səyahət etmək istəyən viza ərizəçilərinin əlavə yoxlanışına başlamağı əmr edib.
Mayın 30-da ABŞ-nin bütün diplomatik və konsulluq idarələrinə göndərilən teleqramda ABŞ Dövlət katibi Marko Rubio hər hansı bir məqsədlə Harvard Universitetinə səyahət etmək istəyən qeyri-immiqrasiya vizası ərizəçisinin əlavə yoxlanılmasına dərhal başlamaq barədə göstəriş verib.