
Cəlilabad sakini, 1988-ci il təvəllüdlü Hüseynov Bəhruz Ədalət oğlu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Gununsesi.info-nun məlumatına görə, həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Orxan Əkbərov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
Qeyd edək ki, hadisə ötən gün Cəlilabad şəhərinin Səttərxan küçəsində qeydə alınıb.
B.Hüseynov ürəyindən bıçaq xəsarəti alıb.
Yaralı rayon mərkəzi xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma aparılır.