Xəritələr proqramı Almaniyada xaos yaradır

Google Maps tətbiqinin Almaniyada bir neçə əsas arteriyanı yanlış şəkildə bağlı olaraq göstərməsi çaşqınlığa səbəb olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Almaniyada Google Maps onlayn xəritə proqramında avtomobil yollarında, o cümlədən avtobanlarda çoxsaylı “qırmızı nöqtə” işarələrinin olması xaosa səbəb olub, çünki bu, yanlış olaraq əksər yolların bağlı olduğu təəssüratını yaradır.

“The Guardian” qəzetinin məlumatına görə, 4 günlük tətilə az qalmış mayın 29-u cümə axşamı baş verən hadisədə “Google Maps” tətbiqinə baxanlar yolların çoxunun bağlı göstərildiyini görüblər.

Bu yollara Frankfurt, Hamburq və Berlin kimi böyük şəhərlərin yolları, eləcə də ölkənin cənub, şimal, cənub-qərb və daxili hissələrini birləşdirən avtomobil yolları daxil idi. Belçika və Hollandiyanın bəzi hissələri də bu vəziyyətdən təsirləndi.

 

Orxan

Gununsesi.info