
Qərbi Yavada karxanada daşların uçması nəticəsində azı 10 nəfər həlak olub. Dağıntılar altından insanların xilas edilməsi işlərinə başlanılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İndoneziyanın Cənubi Asiya ölkəsinin Qərbi Yava bölgəsində daş karxanasının uçması nəticəsində azı 10 nəfər ölüb, 6 nəfər yaralanıb . Dağıntılar altında qalan insanların xilas edilməsi üçün işlərə başlanıldığı açıqlanıb.
Hadisə Cirebon şəhərində baş verib. Mətbuata yayılan görüntülərdə qazıntı maşınlarının nəhəng qayaları hərəkət etdirməyə çalışdığı, xilasedicilərin cansız cəsədləri olan çantaları təcili yardıma daşıdığı görülüb.
Kompas telekanalı məsələ ilə bağlı hazırladığı reportajda 10 nəfərin itkin düşdüyünü bildirib.
Orxan