Uşaqların olduğu yerlərdə siqaret çəkməyə icazə verilməyəcək

Fransanın səhiyyə naziri Ketrin Voutrin iyulun 1-dən etibarən uşaqların olduğu parklar, çimərliklər və bağlar kimi açıq ərazilərdə siqaret çəkilməsinin qadağan ediləcəyini açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fransanın səhiyyə naziri Ketrin Voutrin Fransanın “Ouest-France” qəzetinə iyulun 1-dən etibarən siqaret çəkmə qadağasının hansı açıq ərazilərdə qüvvədə olacağı ilə bağlı məlumat verib.

Voutrin qadağaya əməl etməyənlərin 135 avro cərimə oluna biləcəyinə diqqət çəkib.

Uşaqların olduğu yerlərdə siqaret çəkilməməlidir”

Voutrin uşaqların təmiz hava ilə nəfəs alma haqqının başladığı yerdə siqaret çəkməyin qadağan edildiyini vurğulayaraq bildirib:

“Uşaqların olduğu yerlərdə siqaret çəkilməsi aradan qaldırılmalıdır. Qarşıdan gələn fərmanda məktəblərin qarşısında siqaret çəkməyin qarşısını almaq üçün bu qadağa, həmçinin liseylər ətrafında da tətbiq ediləcək.

Milli mətbuat kafe bağlarının qadağadan azad ediləcəyini və elektron siqaretdən istifadəyə qadağanın olmayacağını bildirib.

Günel Həsənova

Gununsesi.info