Ağdərədə mülki şəxs minaya düşdü

Ağdərə rayonunun Qırmızı kənd ərazisində mülki şəxsin minaya düşməsi faktı qeydə alınıb.

Gununsesi.info -nun verdiyi məlumata görə, hadisə zamanı Tərtər rayonunun Yuxarı Qaradağlı kənd sakini, Hüseynov Telman Əhməd oğlu ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb.

Hazırda hadisə yerindən yaralının təxliyəsi və ilkin tibbi yardım göstərilməsi istiqamətində tədbirlər görülür.

Gununsesi.info