Lənkəranda 68 yaşlı kişi qətlə yetirildi

Lənkəranda qətl hadisəsi baş verib.

Gununsesi.info -nun məlumatına görə, hadisə Vilvan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Səbziyevin meyiti otlaq sahəsində aşkarlanıb.

Məlumata görə, o, mal-qarasını gətirmək üçün örüş sahəsinə gedib. Gecə olsa da, onun sahədən qayıtmadığını görən yaxınları axtarış zamanı V.Səbziyevin meyitini sahədə yol üstündə aşkarlayıb.

Kəsici-deşici alətlə öldürülən V. Səbziyevin qətlinin kim və ya kimlər tərəfindən törədilməsi məlum deyil.

Faktla bağlı rayon prokrorluğunda araşdırma başlanılıb.

Gununsesi.info