
Meksikanın ABŞ sərhədi yaxınlığındakı Reynosa şəhərində yoxa çıxan 5 musiqiçinin narkotik kartelinin üzvləri şübhəli bilinən şəxslər tərəfindən öldürüldüyü bildirilir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Meksikanın Tamaulipas əyalətinin baş prokuroru İrvinq Barrios Mojikanın sözlərinə görə, bədnam Körfəz Kartelinin doqquz üzvü qətldə şübhəli bilinərək həbs edilib.
“Grupo Fugitivo kimi tanınan musiqiçilər mayın 25-də özəl tədbirə gedərkən qaçırılıblar”- Barrios Mojika bildirib.
Tezliklə onların qohumları fidyə tələbi aldıqlarını bildirdilər.
Müstəntiqlər qətlin motivini müəyyən etməyə çalışırlar.