Məhkəmə qərarı ilə gender müzakirəsi futbola yayılır

İngiltərədə Ali Məhkəmənin “qadın”ın hüquqi tərifi ilə bağlı verdiyi qərar və onunla gələn mübahisə və qeyri-müəyyənlik futbol meydanına da öz əksini tapıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, keçən ay Böyük Britaniya Ali Məhkəməsinin “qadın olmağın qanuni tərifinin bioloji cinsə əsaslanmalıdır” qərarı Londonda yerləşən Goal Diggers FC futbol klubunun transseksual oyunçuları arasında indi harada və kimə qarşı oynaya biləcəkləri ilə bağlı qeyri-müəyyənlik və çaşqınlıq yaradıb.

Aprel ayında verdiyi qərarda məhkəmə bərabərlik qanunları altında qadın tərifinə trans qadınların deyil, yalnız “bioloji qadınların” uyğun gəldiyinə qərar verdi. 

Böyük Britaniyanın bərabərlik orqanının tezliklə yeni təlimatlar dərc edəcəyi gözlənilsə də, müvəqqəti təlimat trans insanlara aid olduqlarını hiss etdikləri və bir hissəsi kimi yaşadıqları yerlərdə cinsiyyətə görə ayrılmış obyektlərdən istifadə etməyi qadağan edir. Bunlara tualet və paltardəyişmə otaqları da daxildir. 

Orxan

Gununsesi.info