
ABŞ–nin Luiziana ştatının Şreveport şəhərindəki quru təmizləmə müəssisəsinin işçiləri Dallasdan gələn camaşırxana yükündə mumiyalanmış körpə cəsədi tapıblar. Hadisə polis və məhkəmə orqanları tərəfindən müxtəlif aspektlərdən araşdırılır.
Gununsesi.info bu barədə trthaber.com -a istinadən xəbər verir.
Hadisə axşam saat 21:00 radələrində Alsco Uniforms adlı quru təmizləmə şirkətinə edilən zəngdən sonra məlum olub.
İşçilər camaşırların arasında kiçik bir körpə bədəni görüblər. Hadisə yerinə gələn polis qrupları körpənin “mumiyalandığını” və kəskin formaldehid qoxusuna görə balzamlama əməliyyatı keçirmiş ola biləcəyini bildiriblər.
Şreveport polisi camaşırların Dallasdakı Qızıl Qapı Cəza Evindən gəldiyini müəyyən edib. Rəsmilər körpənin mayın 3-də öldüyünü və mayın 17-də dəfn mərasimindən sonra kremasiya edilməsinin planlaşdırıldığını açıqlayıb. Ancaq körpənin cəsədi səhvən paltarla birlikdə Luizianaya göndərilib.
Şreveport Polis Departamentindən Chris Bordelon bildirib:
“Bu, açıq-aydın bir səhlənkarlıq halıdır. Biz cənazə evinin, yoxsa təmizlik şirkətinin məsuliyyət daşıdığını araşdırırıq.”
Körpə üzərində baş hərfləri “K.M.”olan paltarla tapılıb.
Hadisədə cinayət niyyəti aşkar edilməyib, lakin araşdırma həm Luiziana, həm də Texas ştatlarının qanunlarına əsasən davam edir. Texas Dəfn Xidmətləri Komissiyası da məlumatlandırılıb.
Ailəyə repatriasiyası prosesi başladı
Körpənin cəsədi hazırda Caddo Parish Tibbi Ekspertiza İdarəsinin nəzarətindədir. Rəsmilər körpənin Dallasdakı ailəsinə qaytarılması üçün çalışdıqlarını bildiriblər.
“Heç bir ailə bunu yaşamamalıdır. Bu son dərəcə kədərli və qəbuledilməz bir vəziyyətdir”, – deyə Bordelon bildirib.
Günel Həsənova